23 aprel 2023 19:28
310

Millimiz UEFA İnkişaf turnirində Ukraynaya uduzdu

Azərbaycanın qızlardan ibarət U-17 millisi Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib.

“İki sahil” xəbər verir ki, yığmamız Ukrayna ilə qarşılaşıb. Futbolçularımız 0:4 hesabı ilə məğlub olublar.

Millimiz növbəti oyununu aprelin 25-də Rumıniya komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.