22 aprel 2023 22:45
393

"Bavariya" "Maynts"a uduzdu

Almaniya Bundesliqasında 29-cu turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, bu gün lider “Bavariya” səfərdə “Maynts”la qarşılaşıb.

Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Maynts" - "Bavariya" - 3:1

Qollar: Mane, 30 (0:1), Ajork, 65 (1:1), Barreyro, 73 (2:1), Karikol, 79 (3:1)

Bu nəticədən sonra “Bavariya” 59 xalla turnir cədvəlinə başçılıq edir. İkinci yerdə olan “Borussiya"nın aktivində 57 xalı və ehtiyatda 1 oyunu var. “Maynts” 45 xalla altıncı yerdədir