“Qarabağ”ın əvəzedici komandasının məşq zamanı halı pisləşən futbolçusu Şirxan Həsənzadəyə həkimlərin müdaxiləsi uğurlu alınıb.
Bu barədə "köhlən atlar"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Klub rəsmisi hazırda 21 yaşlı müdafiəçinin vəziyyətinin stabil olduğunu bildirib: "Onun qarşıdakı günlərdə daha yaxşı olacağına ümid edirik".
Qeyd edək ki, Şirxan Həsənzadənin bu gün məşq zamanı ürəyi dayanıb. O, təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılıb.
Bizim Telegram kanalımıza abunə olun
"Report"
***
“Qarabağ”ın əvəzedici komandasının məşqində xoşagəlməz hadisə yaşanıb.
Hazırlıq prosesində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb. O, təcili tibbi yardımın köməyi ilə dərhal paytaxtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib.
Azərbaycan U-21 millisinin üzvünü hələ də ayıltmaq mümkün olmayıb.
Oxu.Az