Dil hər bir xalqın varlığıdır. Dil varsa xalq da var. Dili yaşatmaq, göz bəbəyi kimi qorumaq, gələcək nəsillərə ötürmək lazımdır. Dili təkcə xalq yaşatmır. Dövlət, rəsmi vəzifə sahibləri dili yaşatmalı, qorumalıdırlar. Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev ana dilinin gözəlliyi, qüdrəti haqqında öz çıxışlarında çox maraqlı və əhəmiyyətli fikirlər söyləmişdir. Ulu Öndər Heydər Əliyev demişdir:”Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır. Dilimiz zəngindir, şox ahəngdar dildir, dilimizin söz ehtiyatı çoxdur, şəxsən mən bu dili çox sevirəm.
Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amildir. Gənclərimiz tariximizi, dilimizi, mədəniyyətimizi və dini dəyərlərimizi yaxşı bilməlidirlər. Hər bir Azərbaycan vətəndaşı , hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini bilməlidir. Mən fəxr edirəm ki türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər bədii ifadələrlə zəngindir və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik. Biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Biz buna görə əcdadlarımıza minnətdar olmalıyıq. Ona görə ki torpaqlarımız, ərazimiz cürbəcür şahlıqların, sultanların, xəlifələrin əlinə keçdiyi vaxtlarda da dilimiz ölməyib, yaşayıb”.
Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə-Azərbaycan dili ilə fəxr edirik. Çünki Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir.

Xanım Rzayeva,
YAP Xətai rayon təşkilatının "Rahib Məmmədov 18" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri