22 aprel 2023 01:39
595

Ölkəmiz dinamik inkişaf edir

Hər bir ölkənin inkişafı əhalinin həyat səviyyəsi, iqtisadiyyatın rəqabət qabiliyyəti ölkənin ümumi daxili vəziyyətindən daha çox asılıdır. Azərbaycan sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınmışdır. Təbii ki, bu işi layiqincə yerinə yetirmək daha çox ölkə prezidentinin öhdəsinə düşür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısıdır. O, Azərbaycan və onun hüdudlarından kənarda böyük nüfuza malik Prezidentdir.

İlham Əliyev neft  strategiyasının hazırlanmasında müxtəlif layihələrin hazırlanmasında, çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkədə bir çox iqtisadi islahatlar həyata keçirmişdir. Baki-Tiblisi-Ceyhan ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşmasında İlham Əliyevin rolu əvəzsizdir.

Prezident İlham Əliyev sağlam gənclik yetişdirmək naminə ölkəmizin müxtəlif regionlarında Olimpiya Sağlamlıq Kompleksləri tikdirmiş, müxtəlif idman sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaratmışdır.

Prezident İlham  Əliyevin  təshil  sahəsindəki uğurları da göz önündədir. Belə ki, 2007-2015-ci illərdə Azərbaycan gəncləri xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramını təsis edir.

“Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası Prezident İlham Əliyevin ölkənin gələcək inkişafı məqsədilə göstərdiyi əsas təşəbbüslərdən biridir. Dünyaca məşhur mətbu orqanlarının müxtəlif saylarında bu konsepsiya Azərbaycanın milli iqtisadi maraqlarını qorumaq məqsədilə hazırlanmış ağıllı strategiya kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 90 illik işğala 44 gündə son qoydu. Bir sözlə, demək olar ki, müasir Azərbaycan çoxəsrlik tarixində heç vaxt belə güclü olmayıb. İlham Əliyevin  2003-cü ildən bu vaxtadək olan prezidentlik müddətində Azərbaycan Respublikası tariximizə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil oldu. 

Bütün bu işlər Azərbaycan vətəndaşının dövlət başçısının siyasətinə inam və etimadını gündən-günə artırır. Hər zaman onun yanında olaraq onun bu siyasətini dəstəkləyir.

Günay İskəndərova,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 88" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü