Dil hər bir dövlətin əsas göstəricisi və mühüm mənəvi sərvətidir. Ana dilinin təmizliyinin qoruması və onu dövlət dili kimi qəbulu bütün dövrlərin aktual məsələsi sayılmışdır.
Tarixə nəzər saldıqda müxtəlif zamanlarda böyük inperiyalarda hakim dövlətin dili əsas götürülmüş, rəsmi idarələrdə, elmi və mədəni mühitdə çoxlarına yad olsa da, məhz hakim təbəqənin dilindən istifadə edilmişdir. Yaxın keçmişimiz sayılan sovet imperiyasında aparılan dil siyasətini xatırlayarkən rus dilinin bütün respublikalarda əsas götürülməsi və rəsmi idarələrdə işləndiyi üçün əhalinin əksəriyyətinin bu dili mükəmməl bilməsi məlumdur. Rus dilinə bu qədər üstünlüyün verilməsi imperiya daxilində yaşayan millətləri ana dilindən uzaqlaşdırmaq, zamanla unudulması məqsədi güdürdü. Bu da millətlərin, xalqların gələcəyi üçün faciə hesab olunurdu. Sovet siyasətində xalqların öz milli kimliyini, mənəvi sərvətini qorumaq, manqurdlaşmaqdan uzaqlaşmaq məqsədilə müxtəlif zamanlarda ziyalıların etirazları ucalsa da, həmin səslər repressiyalar aparılaraq boğulurdu. Lakin xalqların etirazları qarşısında sona qədər dayanmaq imkansızdır.
Ulu Öndər Heydər Əliyevin Azrbaycana rəhbərlik etdiyi o dövrlərdə yüksək dairələrdə xalqın mənafeyinə xidmət göstərən bir sıra qanunlar qəbul olunmuşdur. Bunlardan biri də Azərbaycan dilinin dövlət dili kimi təsdiqlənməsidir. 1977-ci ildə SSRİ-nin təsdiq edilən yeni Konstitusiyasına 1978-ci il aprel ayının 2-də keçirilmiş IX çağırışı zamanı Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında Heydər Əliyevin çıxışı və təklifi xalq üçün böyük əhəmiyyət daşıyırdı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz məruzəsində 73-cü maddəsində “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” təklifini irəli sürdü. Onun bu xidməti sayəsində Azərbaycan Konstitusiyasına həmin dəyişiklik əlavə olundu və Azərbaycan dilinə dövlət dili statusunun verildi.
Müstəqillik qazandıqdan sonra Azərbaycan dilinin necə adlandırılması ilə bağlı bəzi təkliflər irəsi sürülmüşdü. Bəziləri Azərbaycan dilinin “türk dili” adlandırılmasını istəsələrdə Ulu Öndər hakimiyyətə gəldikdən sonra bunu doğru hesab etməyərək geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması ilə bağlı qərar qəbul olunmuşdur.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamış və Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin saflığı, təmizliyini qorumaq və dövlət dili kimi təsdiqlənməsi işindəki xidmətləri heç zaman unudulmayacaqdır.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri