İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanan Cansu Bektaşın «Aldığım medalı azərbaycanlı qardaşlarıma həsr edirəm, onları çox sevirik. Biz hər zaman sizin yanınızdayıq!» sözləri bayrağımızı yandırmaqla özünü qəhrəman hesab edən «aramçiklər»ə Turan yenilməzliyinin zərbəsi oldu
Ermənistanın dövlət siyasətinin əsasını təşkil edən terrorçuluğu, vandalizmi sübut edən minlərlə fakt olsa da, bu barbar toplumu dəstəkləyənlər, onlardan da qatı radikallar hayların vəhşiliklərinə haqq qazandırırdılar. 30 il işğal altında saxladıqları Azərbaycanın kəndlərini, şəhərlərini barbarcasına dağıdan haylar başlarına çəkilən sığallardan arxayınlaşaraq, daha da qəddarlaşır, genlərindən irəli gələn vəhşiliklərini nümayişkaranə davam etdirirlər. Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının turnirin təşkilatçılarından olan, rəsmi akkreditasiyadan keçmiş şəxs tərəfindən yandırılması bu toplumun adətkərdə olduğu əməllərinin beynəlxalq səviyyədə təsdiqi idi. Çempionatın açılış mərasimində komandaların keçidi zamanı hansısa televiziya şirkətinin əməkdaşı, stilistik studiyanın rəhbəri Aram Nikolyanın Azərbaycan Bayrağını əvvəlcədən planlaşdırılmış qaydaya uyğun qadının əlindən alaraq yandırması yalnız haylara məxsus vəhşilikdir. Polis tərəfindən saxlanılsa da qısa müddətdə sərbəst buraxılan Aram Nikolyanın «Mənim yeganə arzum Ermənistan Respublikasının paytaxtı İrəvanda Azərbaycan Bayrağının dalğalanmamasını təmin etmək idi. Mənim bunu etməməli olduğumu düşünənlər varsa, evlərində Azərbaycan Bayrağını assınlar» sözləri daşnaklara xas şizofrenik düşüncə tərzindən qaynaqlanır.
Bütün dünya ictimaiyyəti bu çirkin insidenti pisləyib. Xarici KİV-lərdə birlik, həmrəylik rəmzi olan idman dəyərlərinə xələl gətirən hadisə, qeyri-insani hərəkət, erməni vandallığının biabırçı nümunəsi, görünməyən vəhşilik adlandırılıb. Çempionatda bayrağımızın yandırılmasına etiraz edən Azərbaycan idmançıları hüquqlarını qoruyaraq yarışlarda iştirakdan imtina ediblər. İdmançıların hadisə ilə bağlı açıqlamalarında qeyd olunduğu kimi, məşqlər zamanı belə ermənilər onlara nifrətlərini hər vasitə ilə bildirirdilər. Vətənə qayıtmaq istəyən Azərbaycan idmançılarını girov saxlamaq istəyən hayların bu həyasızlığı isə beyənlxalq hüquqa hörmətsizlik, siyasi etikadan kənar özbaşınalıq idi. Mərasimdə iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyanın da sakticə izlədiyi, etnik nifrətdən qaynaqlanan bu hərəkətə hüquqi qaydada qiymət verilməməsi sübut etdi ki, doğrudan da qozbeli qəbir düzəldərmiş.
Son günlərdə Ermənistan silahlılarının Gorus rayonunun Dığ kəndindəki mövqelərindən Azərbaycanın Laçın rayonunda yerləşən hərbi hissəsinə açılan atəş nəticəsində törədilən təxribatların ardından bu cür idman biabırçılığının baş verməsi Hayastanda dövlətçiliyin hansı məkrli prinsiplərlə idarə olunduğunu göstərir. Əlverişsiz hava şəraitində azaraq Ermənistan tərəfinə keçən iki əsgərimizə daşnak ünsürlərinin qeyri-insani münasibətlərinin, göstərdikləri zorakılıqların, verdikləri işgəncələrin beynəlxalq səviyyədə pislənildiyi bir məqamda çempionatda ölkəmizə qarşı törədilən siyasi insident sərhədi bilinməyən vəhşilikdir. Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin hadisə ilə bağlı yaydıqları birgə bəyanatda da hadisə islamofobiyaya nifrət, radikal irqçilik kimi sərt şəkildə qınanıb. Amma bu hadisə də daşnak ideologiyasından qaynaqlanan yeganə məkrli niyyət deyildi. Sumqayıt hadisələrini törədən Eduard Qriqoryanın ittiham edilmədiyi, faşist Njdeyə abidə ucaldıldığı, qatı terrorçu Monte Melkonyana milli qəhrəman adı verildiyi Hayastanda bayrağımızı yandıran Aram Nikolyanın da ermənisayaq təltif olunacağı gözləniləndir.
Qeyd edək ki, Azərbaycanın nümayəndə heyətinin əsaslı səbəblə çempionatı tərk etməyə məcbur qalmasını dəstəkləyənlər idmançılarımızın bu qərarına hörmətlə yanaşdıqlarını bildiriblər. İnsidentlə bağlı xarici mətbuatda dərc olunan yazılarda qeyd olunduğu kimi, ksenofobiyanın, nifrət mühitinin hökm sürdüyü, idmanın belə daşnaksayağı siyasiləşdirildiyi, iştirakçıların təhlükəsizliyinin təmin olunmadığı Ermənistanda psixoloji təzyiqlərlə üzləşən Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüz idi. Ümumi mövqe belədir ki, Azərbaycan Bayrağının yandırılması adi insident kimi qəbul olunmamalıdır. Tolerant dövlət olan ölkəmizdə keçirilən Birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını həmrəylik, qardaşlıq ruhunda təşkil edən Azərbaycanın təcrübəsi hələ də nümunə göstərilir. Bəllidir ki, bayraqlar hər bir dövlətin, millətin qürur rəmzi, varlığını təsdiqləyən atributdur. Milli rəmzlərə hörmət hər yerdə qorunduğu kimi, idman yarışlarında, olimpiadalarda dəyər verilən başlıca Qələbə rəmzidir. Mənsub olduğu millətin bayrağının yüksək zirvəyə qaldırılması üçün idmançılar aylarla məşq edir, rəqibinə qalib gəlmək naminə peşəkarlıq göstərirlər. Erməniləri qorxudan da ölkəmizi təmsil edən idmançıların fiziki hazırlığı, bayrağımızın ilk pillədə dalğalanması üçün göstərəcəkləri qətiyyət idi.
Hadisəni ədalət baxımından qiymətləndirənlər Avropa Ağır Atletika Federasiyasından Ermənistana sanksiya tətbiq olunması, təqsirkarın məsuliyyətə cəlb olunması ilə bağlı çağırışlar səsləndirdilər. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da insident qətiyyətlə pislənilir, təqsirkar şəxsin dərhal məsuliyyətə cəlb olunması tələb edilir.
Təsadüfi hallarda baş verən bu cür insidentlərə münasibət bildirənlər 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunları zamanı erməni idmançının mükafatlandırılması ilə İrəvan vandalizmini müqayisə edirlər. Həmin yarışlarda Bakıda erməni idmançı Gevorq Manukyana aldığı mükafatı Prezident İlham Əliyev şəxsən təqdim edib. Mükafatlandırma zamanı azərbaycanlı azarkeşlər erməni idmançını fitə basmağa çalışsalar da, Prezident İlham Əliyevin işarəsi ilə zalda dərhal sakitlik hökm sürüb. Bu etika Azərbaycan xalqının dövlət, milli səviyyədə mənəvi dəyərlərimizə ehtiramının ifadəsi idi. Aram Nikolyanın iyrənc «qəhrəmanlığı» isə hayların zəifliyinin, beynəlxalq yarışlarda qalib kimi bayrağımızı ən yüksək pilləyə qaldıran Azərbaycan idmançılarının qələbəsinə dözümsüzlüyünün daha bir təsdiqi idi.
Maraqlıdır ki, Hayastanın daimi dəstəkçiləri dünya ictimaiyyətinin etirazla qarşıladığı belə səviyyəsizliyə necə haqq qazandırıb, hayları hansı qanunlar çərçivəsində müdafiə edəcəklər?
Sözümüz İrəvanda oturub ölkəmizə qarşı təxribat planlarını hazırlayan, Ermənistandan hələ də ölkəmizə qarşı vasitə kim istifadə edən, Azərbaycan əleyhinə əsassız, məkrli bəyanatlar qəbul edən Avropa Komissiyasının adını monitorinq qoyan missiyasının üzvlərinədir. Məgər gözləriniz qarşısında baş verənləri, müstəqil dövlətin bayrağının yandırılması kimi siyasi iyrəncliyi görmürsünüzmü? Nə üçün bu vandalizm aktına münasibət bildirmirsiniz? Amma Azərbaycanda belə bir hadisə baş versəydi bütün ermənipərəst dairələr birləşib ölkəmizə qarşı sanksiyalar tətbiq etməklə islamofob niyyətlərindən çəkinməyəcəklərdi. Fransa Senatı dərhal yığışaraq Azərbaycan əleyhinə bəyanat qəbul edəcəkdi. Amma zamanın ən ədalətli hakim olduğunu hadisələr təsdiqlədi. Hayların barbarlığını, vəhşiliyini göstərən minlərlə sübutun olmasına baxmayaraq ermənipərəst dairələr hələ də türklərin «dediyim dedik, çaldığım düdük» məsəlinə uyğun ikili standartlar mövqelərindən, erməni sevgilərindən əl çəkmirlər.
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında bayrağımızı yandırmaqla özünü qəhrəman hesab edən «aramçiklər» yenə də Azərbaycan- Türkyə qardaşlığının sarsılmazlığı qarşısında məğlub oldu. Çempionatda 45 kiloqram çəki dərəcəsində çıxış edən, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medal qazanan Cansu Bektaş fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq «Aldığım medalı azərbaycanlı qardaşlarıma həsr edirəm, onları çox sevirik. Biz hər zaman sizin yanınızdayıq!» söyləyib.
Göründüyü kimi, nə qədər təxribatlar törətsələr də, yaşayış məntəqələrimizi , maddi-mədəni abidələrimizi dağıdıb, bayrağımızı yandırsalar da, başqalarından özlərinə havadar toplasalar da Hayastan da, haylar da Türkiyə ilə Azərbaycanın qardaşlığı qarşısında əyilməyə, üzülməyə məcburdurlar. Türk birliyi son sözünü söyləyəndə, Qərbi Azərbaycanda üçrəngli bayrağımız dalğalananda haylar nəinki əyiləcəklər, hətta sürünəcəklər.
Xuraman İsmayılqızı, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri