Həm Azərbaycan, həm Tacikistan keçmiş Sovet İttifaqı Respublikalarından olub. 1991-ci ildən müstəqillik əldə ediblər.
Hər ikisi vaxtilə çox böyük çətinliklərə məruz qalmışdır. Tacikistana səfəri zamanı Prezident İlham Əliyev bu barədə öz çıxışında qeyd etmişdir. Azərbaycanda və Tacikistanda vaxtilə siyasi sabitliyin pozulması, vətəndaş müharibəsinin baş verməsi və bu ixtişaşların məhz həm Ulu Öndər Heydər Əliyev, həm də prezident Emoməli Rəhman tərəfindən qarşısı alınmışdır.
Ölkələrimiz arasında münasibətlərin əsası 1990-cı illərin əvvəlində qoyulmuşdur. Azərbaycan hər zaman digər ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmətlə yanaşıb. Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə münasibətlərə xüsusi önəm verir. Çünki son illər dünyada baş verən proseslər dövlətlərdən birgə əməkdaşlıq və ümumi səylər göstərməsini tələb edir.
Tacikistan Mərkəzi Asiya xalqları arasında əhalisinin sayında ən yüksək təbii artımı olan ölkələrdəndir. Ölkələrimiz arasında tarixi dostluq əlaqələri, siyasi, humanitar sahədə münasibətlər, dini bağlılıqlar mövcuddur.
Ticari-iqtisadi, sənaye, nəqliyyat sahəsində əlaqələrin dərinləşməsi üçün çox yaxşı perspektivlər mövcuddur.
İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il matın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb. Prezident İlham Əliyev Tacikistanda çıxışında vurğulayıb: ” Bu gün Azərbaycan və Tacikistan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.”
İlham Əliyevin səfəri və imzalanmış sənədlər onu deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasında əlaqələr yeni mərhələyə qədəm qoyur.
Bahar Vəliyeva,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 35" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri