08 aprel 2023 19:50
148

2018-ci ildə Azərbaycan xalqı ölkənin parlaq gələcəyinə səs verdi

Bir dövlətin tarixi , mədəniyyəti və siyasəti hər zaman ön planda dayanır. Vətəndaşların ölkəsinin tarixini bilməsi və mədəni irsin qorunması bir mənalı şəkildə vətəndaşların borcudur. Keçmişini bilməyən xalqın gələcəyi düşünməyi absurddur. Mənim vətənim Azərbaycandır.Odlar yurdu olan Azərbaycan.Qədim tarixi olan Azərbaycan. Elə tarix boyu düşmənlərinin sinəsinə od vurmuşdu mənim məmləkətim. Bu danılmaz tarix hər zaman Azərbaycanın başında olan sərkərdələrin hesabına olmuşdur . Şəmsəddin  Eldəniz ,Şah İsmayıl Xətayi, Nadir şah Əfşar olmuşdur. 

Bəs son dövrümüz necə?  XX əsrin sonu və XXI əsrin əvvəlləri ... 

XX əsrin sonları Azərbaycan tarix salnaməsinə Heydər Əliyev adı qızıl hərflərlə yazıldı. Qısa bir müddətdə gördüyü işlər Azərbaycanın siyasi platformada güclənməsinə gətirib çıxardı. Yeni müharibədən çıxmış dövlətin güclənməsi elə də asan məsələ deyildi. Əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən İlham Əliyev  ölkəmizə tarixi zəfərlər qazandırdı.

Beş il öncə aprel ayının 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri İlham Əliyev şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqımızın iradəsini əks etdirən Prezident seçkilərinin nəticələrinə əsasən Azərbaycan xalqı görülən işlərə yüksək qiymət, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs verib.

Prezident İlham Əliyev siyasəti hər sahədə göstərdiyi kimi hərb sahəsində öz gücünü göstərirdi. Aprel döyüşlərində ölkəmiz Zəfərin başlanğıcı olan qələbə qazandırdı. 2020–ci il 27 sentyabr tarixi. Bu tarix nəyin ki , insanları hətta mən deyərdim ki , daş-divarları , dərələri – dağları sevindirdi.   Həmin gün Zəfərin gəlişinin ilk günü idi. Vətən müharibəsi Zəfərlə başa çatdı.  Bax, bu idi Heydər Əliyev yolunun uğuru. Bax, bu idi İlham Əliyev siyasəti və diplomatiyası. Müzəffər Ali Baş Komandanın qalib ordusu üçrəngli bayrağımızı Şuşa qalasından asmağı bacardı.

Elnarə Zeynalova,
Bakı şəhəri Zakir Yusifov adına 194 nömrəli tam orta məktəbin direktoru,
YAP Xətai rayon təşkilatının "Zakir yusifov 18" ünvanı üzrə ərazi partiya təşkilatının sədri