İran Birləşmiş Ərəb Əmirliklərinə səfir göndərir.
“İki sahil” ISNA-ya istinadən xəbər verir ki, İran və BƏƏ arasında əldə olunan razılaşmadan sonra iki ölkə diplomatik münasibətlərini bir daha səfirlər səviyyəsinə yüksəltmək qərarına gəlib. Bu xüsusda BƏƏ-dən Seyf Məhəmməd Obaid Əl-Zaabi İrandakı səfir kiimi Tehrana qayıdıb və rəsmi olaraq BƏƏ-nin İrandakı səfiri kimi Tehranda fəaliyyətə başlayıb.
Xəbərə görə, İranın BƏƏ-dəki yeni səfiri isə Reza Ameri olacaq. R.Ameri İran Xarici İşlər Nazirliyində Xaricdəki İranlılar ilə İş üzrə İdarənən rəisi vəzifəsində çalışıb. O bundan əvəəvl İranın Əlcəzair, Sudan və Eritreyadakı səfiri olub.
Bildirilib ki, Reza Ameri yaxın vaxtlarda İranın Əbu-Dabidəki səfiri kimi fəaliyyətə başlayacaq.