Azərbaycan iqtidarı hər zaman siyasi dialoq prinsiplərinə sadiq olub. Hələ 1992-ci il oktyabrın 16-da Azərbaycanın tanınmış ziyalılarından 91 nəfər “Səs” qəzetində müraciətlə çıxış etmişdir. Ulu öndərə Heydər Əliyevə ünvanlanmış bu tarixi sənəddə ölkəni yaranmış ağır vəziyyətdən çıxarmaq üçün xalqın məhz Onun başçılığı altında təşkilatlanmaq arzusu öz əksini tapmışdır.
Ümumilli lider Heydər Əliyev respublika ziyalılarının bu çağırışına oktyabrın 24-də cavab verdi. O, öz cavabında mövcud ictimai-siyasi durumu ciddi şəkildə təhlil etmiş və yaranmış ağır vəziyyətdən çıxış yollarını göstərmişdir. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətlə əsaslandığını və onun fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bildirmişdir.
Yeni Azərbaycan Partiyasının yaradılmasında məqsəd Azərbaycan Respublikasını mövcud böhrandan xilas etmək idi. Qısa müddət ərzində Heydər Əliyevin sədrliyi ilə partiyanın təşkilat komitəsi formalaşdı, onun rəhbərliyi ilə proqram və nizamnamə layihələri hazırlandı.
1993-cü ilin yayında siyasi böhran ölkəni parçalama və vətəndaş müharibəsi həddinə çatdırdıqda AXC- Müsavat iqtidarı Heydər Əliyevə müraciət etməli oldu. Ulu öndər xalqın və respublika rəhbərliyinin təkidli dəvətlərini qəbul etməyə bilməzdi. O, demək olar ki, başlanmış vətəndaş müharibəsinin qarşısını almaq üçün düşünülmüş siyasi tədbirlər həyata keçirdi. İyunun13-14-də Gəncədə hərbi müxalifətlə danışıqlar aparan H.Əliyev siyasi böhrandan çıxmağın yollarını müəyyənləşdirdi.
1995-ci ilin iyununda Prezident Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlamaq üçün Konstitusiya Komissiyası yaradıldı. Komissiyaya ölkənin tanınmış hüquqşünasları, qanunverici, icra və məhkəmə hakimiyyəti nümayəndələri cəlb olunmuşdu. Komissiya Heydər Əliyevin dəyərli məsləhətlərini, Azərbaycan xalqının milli xüsusiyyətlərini, qabaqcıl demokratik ölkələrin təcrübəsini nəzərə alaraq Konstitusiya layihəsini hazırladı. Layihə mətbuatda dərc olundu və ümumxalq müzakirəsinə verildi. Vətəndaşlardan və təşkilatlardan alınan təkliflər nəzərə alınaraq layihəyə düzəliş və əlavələr edildi. “Azərbaycan Respublikası Konstitusiyası”nın layihəsinin yeni variantı əhalinin tanış olması üçün mətbuatda dərc olundu.
XXI əsrin başlanğıcında xalqımızın ən böyük nailiyyətlərindən biri dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların bir araya gətirilməsi, soydaşlarımızın milli hüquqlarının qorunması üçün davamlı iş aparan qurumların yaradılması olmuşdur. 2001-ci ilin noyabr ayında Bakı şəhərində Dünya azərbaycanlılarının I qurultayı keçirilmiş, qurultayda 36 ölkədən gəlmiş 2 mindən çox nümayəndə və qonaq iştirak etmişdir.
Milli tariximizdə yeni bir mərhələnin əsasını qoyan bu qurultay göstərdi ki, qüdrətli Azərbaycan yaradılması üçün bütün azərbaycanlılar sıx birləşməlidirlər. Ulu öndər Heydər Əliyev isə dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirən böyük dövlət xadimi idi.
Müasir dövrdə ölkəmizdə iqtidarla cəmiyyətin bütün siyasi qüvvələri arasında sıx dialoq prinsipləri mövcuddur.
Hüseyn İbrahimov,
YAP Xətai rayon təşkilatının “Cavanşir 11” Ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri