Müasir dünyada dialoqdan çox danışırlar, bu anlayışı müxtəlif kontekstlərdə istifadə edirlər. Bəzi hesablamalara görə, “dialoq” anlayışı “mərkəz” oldusivilizasiyamızın metaforasıdır” və onun məzmunu dar tərifdən kənara çıxdı"iki və ya daha çox şəxs arasında nitq qarşılıqlı əlaqə forması" kimi. Dünya birliyi bu konsepsiyanın öyrənilməsinə həsr olunmuş çoxlu sayda dəyirmi masalar, forumlar, konfranslar keçirir. Siyasi fikir ayrılıqlarına gəlincə, “siyasi dialoqun” saxlanılması və inkişaf etdirilməsi zərurəti göstərilir.Müasir qloballaşma şəraitində başqa heç bir demokratik alternativi olmayan dünyada sülhün əldə edilməsinin ən mühüm vasitəsi həm dövlətlər, həm də sivilizasiyalar səviyyəsində bərabərhüquqlu qarşılıqlı dialoqdur. Dialoqda həmsöhbətin arqumentlərinin əhəmiyyətini azaltmağa yox, problemin mahiyyətinə istinad edərək deyilənləri gücləndirərək düşünmə sənətini nümayiş etdirməyə çalışmaq lazımdır.
Xalqımız Prezidentin həyata keçirdiyi iyasi kursu qətiyyətlə dəstəkləyir. Azərbaycan Prezidenti qlobal aləmdə gedən prosesləri düzgün qiymətləndirərək, Cənubi Qafqazda beynəlxalq səviyyədə davamlı sülhün bərqərar olması məqsədi ilə Azərbaycanın çoxvektorlu xarici siyasətini uğurla davam etdirir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın müttəfiqlərinin, dostlarının sayını artırıb. Ölkəmiz beynəlxalq aləmdə mövqelərini möhkəmləndirib. Regional və qlobal təşəbbüslər Azərbaycanın dünyada imicinin möhkəmlənməsinə, eləcə də regionda əməkdaşlığın inkişafına xidmət edib.
Ölkənin bütün sahələrində aparılan islahatlar, dövlət institutlarının müasir çağırışlara cavab verməsini təmin edən dəyişiklikləri, korrupsiyaya qarşı mübarizəni xüsusi qeyd etmək lazımdır.
Azərbaycanda müstəqil cəmiyyətin qurulması siyasi, sosial-iqtisadi, təhsil, hüquq və s. bu kimi sferalarda çoxlu sayda islahatlarla müşayiət olunmuşdur. Ölkəmizdə demokratik ənənələrin formalaşması prosesini şərtləndirən dialoqun inkişafı naminə Azərbaycan iqtidarı son bir neçə il ərzində müxtəlif təşəbbüslərlə çıxış edir. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatların prinsipial istiqamətlərindən biri siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasından ibarətdir.
Prezident cənab İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır.
Milli Məclisdə qəbul edilmiş və Prezident tərəfindən təsdiq edilmiş “Dini etiqad azadlığı haqqında”, “KİV haqqında”, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanun layihələri bilavasitə ölkə əhalisinin siyasi sabitliyinə xidmət edir, siyasi dialoq, milli birlik, xalqımızın birliyi və dövlətimizin müstəqilliyinin qorunması.
Vurğulamaq lazımdır ki, beynəlxalq münasibətlər sahəsində səmərəli siyasi dialoq aparmaq bacarığı ölkənin xarici siyasətinin uğurunun şərtidir.Əsl siyasi dialoq qurulmuş beynəlxalq münasibətlər kontekstində yaranır və ayrı-ayrı dövlətlər qrupunun deyil, bütövlükdə dünya birliyinin siyasi maraqlarını ifadə edir.
Ölkədə siyasi partiyalara icra hakimiyyətinin nümayəndələri ilə mühüm məsələləri müzakirə etməyə imkan verən dialoq gedir. Parlament səviyyəsində müəyyən islahatlar aparılıb, burada siyasi partiyaların nümayəndələrinin parlamentin və onun komitələrinin rəhbərliyində fəal iştirak etmək, təmsil olunmaq üçün bütün imkanlar yaradılıb.
2019-cu ilin noyabr ayının sonunda Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik orqanları ilə əlaqələr şöbəsinin yaradılması və dialoqun başlanması o deməkdir ki, Azərbaycan hökuməti partiyaların və vətəndaş cəmiyyəti institutlarının siyasi həyatda fəal rolunda maraqlıdır. Eyni zamanda, müxalifətlə iqtidar arasında dialoq daha funksional və nəticəyönümlü siyasətin formalaşmasına səbəb oldu.
Vətən müharibəsində tarixi Zəfərdən sonra ölkədə formalaşmış siyasi konfiqurasiya, yeni siyasi dialoq mühiti və dünyada baş verən yeni tendensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşməsi üçün siyasi partiyalar haqqında yeni qanunun hazırlanmasını zəruri etmişdi.
"Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin qəbul olunması ölkəmizdə sağlam siyasi dialoqun mövcudluğunu bir daha təsdiq etmiş oldu. Yeni qanunda siyasi partiyanın necə təsis edilməsi, reyestrdə onlarla bağlı hansı məlumatların olması, partiya fəaliyyəti üçün tələblər, habelə siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmləri, partiya üzvlüyünə məhdudiyyətlər, partiyaların rəmzlərinin müəyyənləşməsi, onların maliyyələşməsinin təşkili, qeydə alınmayan və ya qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyətinin nədən ibarət ola biləcəyinə və sair məsələlərə dair məqamlar yer alıb.İnkişafında durğunluq dövrünü yaşayan siyasi partiyaların ölkənin siyasi sisteminin funksionallığına fayda verməsi artıq mümkünsüzdür. Zəif partiyalar xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilir. Odur ki, yeni Qanun tərəflər arasında güclərin balansına və adekvat rəqabət mühitinin formalaşdırılmasına xidmət edir.
Artıq siyasi dialoq sadəcə demokratik məzmunlu və atributiv xarakterli alət kimi yox, həm də siyasətdə mütərəqqi, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu müəyyən edən işlək mexanizm kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyev çıxışlarında bildirib ki, "Yeni dövrdə biz siyasi dialoqu dərinləşdirməliyik. Uğurla başlanmış bu siyasi dialoq siyasi sistemimizi gücləndirəcək, Azərbaycanın davamlı inkişafının təmin edilməsi işinə xidmət edəcəkdir".
Siyasi dialoqu, onun əhəmiyyətini bir çox partiya rəhbərləri də qeyd edərək, Ölkədə milli dövlətçiliyik və demokratik ənənələrin inkişafı, habelə sağlam dialoq mühitinin dəstəklənməsi naminə irəli sürülən təşəbbüslərdə hər zaman iştirak etməyə hazır olduqlarını bildirirlər.
Siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müxalifət nümayəndələri ilə birgə müzakirə edilməsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir.
Təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir. Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi mövcuddur. Sözügedən inkişaf fərqi bir çox partiyaların sadəcə təzyiq alət kimi istifadə olunmasına münbit şərait yaratmışdır.
Artıq siyasi dialoq sadəcə demokratik məzmunlu və atributiv xarakterli alət kimi yox, həm də siyasətdə mütərəqqi, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu müəyyən edən işlək mexanizm kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyev çıxışlarında bildirib ki, "Yeni dövrdə biz siyasi dialoqu dərinləşdirməliyik. Uğurla başlanmış bu siyasi dialoq siyasi sistemimizi gücləndirəcək, Azərbaycanın davamlı inkişafının təmin edilməsi işinə xidmət edəcəkdir".
Şəhla Rəhimova,
YAP Xətai rayon təşkilatının “Cavanşir 11” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri