13-cü Osmanlı sultanı III Mehmet taxta 1595-ci ildə, yəni 29 yaşında çıxmışdı. Elə taxta cıxdığı gecə, o, 19 qardaşını boğduraraq öldürtmüşdü. Onun öldürülən qardaşlarının çoxu uşaq olub.
Dünyanın ən bahalı və 3 min illik tarixi olan yəhudi məzarlığı Qüdsdə Zeytun dağında yerləşir. Qəbiristanlıqda təxminən 150 min məzar var. Bu məzarlar daha çox məşhur insanlara, dini liderlərə və digər tanınmış insanlara məxsusdur. Qədim inanclara görə, İsa Məsih yer üzünə qayıdarkən məhz bu dağda olacaq. Bu məzarlığın önəmi də bundan irəli gəlir. Bəzi insanlar inanırlar ki, ölülərin dirilməsi bu yerdən başlayacaq. Çox maraqlıdır ki, yayılmış bu söz-söhbətlərə inanan bəzi məşhur insanlar külli miqdarda pul ödəyərək buradan özlərinə yer alırlar. Burada yerlər 170 min dollardan başlayır.
Hindistanın Himçal-Pradeş ştatında Malana adlı dağ kəndi yerləşir. Bu kənd illər boyu sanki dünyadan təcrid edilib. Qəribə səslənsə də, kənddə nə konstitusiya, nə qanunlar, nə də polis fəaliyyət göstərir. 1500-ə yaxın sakini olan kənd dünyanın ən qədim demokratik məkanlarından biri hesab olunur. Malananın qapıları ziyarətçilərə ilk dəfə 2009-cu ildə açılıb.
Bumslanq adlı ilan insanı sancdığı zaman həmin insanın ağız, burun və qulaq dəliklərindən bədəndə olan qanın hamısı boşalmağa başlayır.
Uzunluğu 55 kilometr olan Zhuai Makao körpüsü dünyanın dəniz üzərində tikilən ən uzun körpüsüdür. 2018-ci ildə istifadəyə verilən həmin körpünün inşası 9 il çəkmiş və körpünün inşası üçün 20 milyard dollar vəsait ayrılmışdı.
Ceyms Kuk Antarktida xaric bütün qitələrə ayaq basan ilk insandır.
Alma piroqu ABŞ-ın qeyri-rəsmi simvollarından biridir. İngilis dilində "as American as apple pie" yeni tərcümədə “alma piroqu qədər amerikalı” ifadəsi "tipik amerikalı" mənasında işlədilir. Çox maraqlıdır ki, piroq İngiltərədə yaransa da, lakin onun reseptinin Fransız, Hollandiya və Osmanlı mətbəxindən götürüldüyü güman edilir. Alma piroqunun ilk resepti Samuel Peggin “Forme of Curry”nin yemək kitabında yer almışdı. Həmin resept təxminən 14-cü əsrə aiddir. Bu piroqun resepti 1796-cı ildə Amelia Simmons tərəfindən nəşr olunan “American Cookery”də kulinar kitabında çap olduqdan sonra daha da məşhurlaşdı.
Heç bilirdinizmi ki, dünyada əkizlərin çoxu Hindistanın Kandidu-Qodoy şəhərində göz açır? Tarixçilərin fikrincə, bu hadisələr Yozef Mengelenin təcrübələrinin nəticəsində baş verməyə başlayıb. Mengele müharibədən qaçaraq 60-cı illərdə Kandidu-Qodoy kəndinə gəlib və orada yerli həkim kimi çalışmağa başlayıb. Bundan əlavə o, sakinlərin qanını götürməklə bir sıra təcrübələr də aparmaqla məşğul olub.
Efiopiyada hamı bir qabdan yemək yeyir. Burada əgər siz ümumi qabdan özünüzə ayrıca boşqabda pay istəsəniz, bu, təhqir sayılır.
Tanzaniyada isə yemək üçün dəvət olunan qonaq evə ən azı 20 dəqiqə gec getməlidir. Burada dəvət edilən yerə tez getmək ev sahibinə hörmətsizlik sayılır.
Samirə Tağıyeva, “İki sahil”