26 fevral 2023 18:19
379

RİİB könüllüsü: Xocalı soyqırımı bizim unudulmayacaq qan yaddaşımızdır

“Xocalı soyqırımı bizim unudulmayacaq qan yaddaşımızdır”.

“İki sahil” xəbər verir ki, bu sözləri “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüsü Nazənin Abdullayeva deyib.

“31 il öncə ağır cinayətlərin qurbanı olmuş soydaşlarımızın xatirəsini ehtiramla anırıq. Onların əziz xatirəsini hər zaman qəlbimizdə yaşadacağıq” - o, bildirib.