26 fevral 2023 18:51
792

Vyanada Ümumavropa Xocalı Aksiyası keçirilib - YENİLƏNİB - 2

Avstriyanın paytaxtı Vyana şəhərində Avropada yaşayan minə yaxın soydaşımız Xocalı faciəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq üçün mitinq keçirib.

“İki sahil” xəbər verir ki, aksiyada 31 ölkənin 74 şəhərindən gələn min nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.

***

Avstriyanın paytaxtı Vyanada Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub. 

“İki sahil” xəbər verir ki, Vyanada parlamentin qarşısına yığışan soydaşlarımız Xocalı faciəsinə dair film nümayiş etdiriblər.

Filmdə Xocalı faciəsinə dair həqiqətlər öz əksini tapıb. 

Qeyd edək ki, Avtriyanın paytaxtı Vyana şəhərində Xocalı qətliamına həsr olunmuş mitinq davam edir. Xocalı qətliamının həqiqətlərinin dünyaya çatdırııması və ədalətin bərpa olunmasını tələb etmək üçün dünyanın 31 ölkəsindən, 74 şəhərindən gələn soydaşlarımız  bu gün Avstriyanın paytaxtında toplaşıblar. Onlar dünyanın bütün dillərində, habelə polyak, italyan, frandız, alman və digər dillərdə dünya icrimaiyyətinə müraciət edərək o Xocalıya dair həqiqətləri çatdırırlar.

***

Avtriyanın paytaxtı Vyana şəhərində Avropada yaşayan minə yaxın soydaşımız Xocalı faciəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq üçün mitinq keçirir.

“İki sahil” xəbər verir ki, Xocalı qətliamının həqiqətlərinin dünyaya çatdırııması və ədalətin bərpa olunmasını tələb etmək üçün dünyanın 31 ölkəsi, 74 şəhərindən gələn soydaşlarımız Avstriya paytaxtında toplaşıblar.

Fransanın Paris, Strasburq, Lion, İsveç, Finlandiya, İsveçrə, Macarıstan və digər ölkələrin müxtəlif şəhərlərindən gələn soydaşlarımız və dostları əllərində plakat və bayraqlarla Avstriya parlamentinin qarşısına yığışıblar.

Mitinq iştirakçıları beynəlxalq ictimaiyyəti Xocalıda azərbaycanlılara qarşı baş vermiş faciəyə, ermənilərin etnik təmizləmə siyasətinə göz yummamağa, faciəyə hüququ qiymətin verilməsi, cinayətkarların cəzalandırılması üçün tədbirlər görməyə çağırmaq üçün yığışıblar.

Etiraz aksiyasında iştirak etmək üçün soydaşlarımızın 31 ölkədən yığışması təsadüfi deyil. Bu Xocalı faciəsindən 31 il keçməsinin rəmzi mənasını daşıyır.

Həmvətənlərimiz mitinqin sonunda birgə bəyanat yayacaqlar. Xocalı qurbanlarının xatirəsinə 613 şam yandırılacaq.