26 fevral 2023 16:21
381

Kanadalı mer: Xocalıda yüzlərlə günahsız insanın öldürülməsi unudulmamalıdır

Xocalıda yüzlərlə günahsız insanın öldürülməsi, yaralanması əsla unudulmamalıdır.

“İki sahil” xəbər verir ki, bu fikir Kanadanın Alberta əyalətinin paytaxtı Edmonton şəhərinin meri Amarjit Sohi (Amarjeet Sohi) Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı qərarında yer alıb.

Qərara əsasən Edmonton şəhərində 26 fevral 2023-cü il tarixi "Xocalının Anım Günü" elan olunub.

Sənəddə qeyd olunur ki, Kanadada yaşayan minlərlə azərbaycanlı 26 fevral 2023-cü il tarixində Xocalı soyqırımının 31-ci ildönümünü qeyd edir: "Yüzlərlə günahsız insanın öldürüldüyü, yaralandığı və əsir götürdüyü bu faciə əsla unudulmamalı, onların çəkdikləri əzablar inkar edilməməlidir. Şəhər meri proklamasiyada qeyd edib ki, əvəzində insan hüquqları qorunmalı, bu zülmü, ayrıseçkiliyi və nifrəti törədənlər cəzalandırılmalıdır