26 fevral 2023 15:31
299

Ekoaksiyada iştirak edən könüllü: Xocalı faciəsi qurbanlarının xatirəsini anır, “Xocalıya ədalət” şüarı səsləndiririk

Laçın-Xankəndi yolunda dinc aksiyanın 77-ci günü 26 fevral – Xocalı faciəsinin 31-ci ildönümünə təsadüf edir. Biz bu gün könüllü gənclər olaraq Xocalı faciəsi qurbanlarının xatirəsini anır, aksiyada “Xocalıya ədalət” şüarı səsləndiririk.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Gənclər Təşkilatı İttifaqının könüllüsü, ekofəal Ləman Mirzəyeva bildirib.

O deyib: “Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Erməni quldurları qoca, qadın, uşaq demədən, Xocalının 613 sakinini qətlə yetiriblər. Biz onların xatirəsini daim anırıq. Allah şəhidlərimizə rəhmət eləsin”.