24 fevral 2023 14:46
390

Biləsuvarda Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilib- FOTO

Biləsuvar rayonunda Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Biləsuvar Rayon Təşkilatının, rayonun idarə və təşkilatlarının rəsmiləri, eləcə də məktəb direktorları və gənclər iştirak edib.

Tədbirdə çıxış edənlər Xocalı soyqırımının yaşından asılı olmayaraq xalqımızın hər bir nümayəndəsində dərin kədər hissi oyatdığını bildiriblər.

Qeyd edilib ki, bu faciə təkcə Xocalıya və Azərbaycana deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir.

Həmçinin rayonun təhsil, gənclər və idman müəssisələrində də Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər keçirilib.