17 fevral 2023 11:27
638

Qaradağlı soyqırımı zamanı əsir-girov götürülmüş 50 nəfər sonradan azad olunub

Qaradağlı soyqırımı zamanı əsir-girov götürülmüş 50 nəfər (47 mülki, 2 hərbçi, 1 polis əməkdaşı) isə sonradan azad olunub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından "İki sahil"ə verilən xəbərə görə, soyqırımı zamanı qətlə yetirilmiş 57 nəfərdən 27 nəfərin meyiti sonradan Azərbaycan tərəfinə qaytarılsa da, 30 nəfərin meyiti təhvil verilməyib. Bununla yanaşı, girov götürüldükdən sonra əvvəlcə işğal edilmiş Xankəndi şəhərinə, oradan isə naməlum istiqamətə aparılmış 9 nəfərin də sonrakı taleyi barədə məlumatlar gizlədilib.