İran çempionatında 12-ci turun oyunları keçirilib.
“İki sahil” xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb. Təbriz klubu səfərdə “Paykan”la qarşılaşıb. Qarşılaşma "al qudlar"ın 1:0 hesablı qələbəsiylə başa çatıb. Oyunda yeganə qolu 45+1-ci dəqiqədə Məhəmmədrza Abbasi vurub.
Xallarını 18-ə yüksəldən “Traktor” 12 turdan sonra 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.