20 dekabr 2022 18:11
606

Ronaldo DÇ-2026-da oynamaq istəyir

Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo yığma ilə birlikdə DÇ-2026-da da oynamaq istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 37 yaşlı forvard hələ millidəki karyerasını başa vurmağı düşünmür. Ronaldonun məqsədi 2026-cı ildə keçiriləcək dünya çempionatında mübarizə aparmaqdır.

Qeyd olunur ki, Portuqaliyanın DÇ-2022-dəki uğursuzluğu Ronaldo üçün güclü zərbə olub. İndi onu çətin dövr gözləyir. Forvard bu nəticəni qəbul etməyə çalışır. Kriştiano üçün daha çətini Portuqaliyanın 1/4 finalda Mərakeşə uduzaraq (0:1) mübarizəni dayandırmasından sonra Lionel Messinin çıxış etdiyi Argentinanın dünya çempionu olmasıdır.  

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisində oynayır. Onun son klubu isə ötən ay ayrıldığı "Mançester Yunayted" olub. Ronaldo hazırda azad agent status daşıyır. Futbolçunun adı Səudiyyə Ərəbsitanının "Əl-Nəsr" klubu ilə hallanır. 

Əavə edək ki, 2026-cı ilin dünya çempionatı ilk dəfə üç ölkədə (Kanada, Meksika və ABŞ) təşkil olunacaq. Həmçinin DÇ-2026-nın final mərhələsində ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Hazırda yarış iştirakçılarının sayı 32 komandadan ibarətdir.