PSJ-nin futbolçusu Kilian Mbappe Fransa millisinin yeni kapitanı ola bilər.
"İki sahil" "L'Équipe"yə istinadən xəbər verir ki, bu, qapıçı Uqo Lloris Fransa millisindən ayrılacağı təqdirdə, baş verəcək. 24 yaşlı hücumçunun Avro-2024-ün seçmə mərhələsində komandanın kapitanı ola biləcəyi vurğulanıb.
Qeyd edək ki, Mbappe DÇ-2022-nin ən yaxşı bombardiri (8 qol) olub.