20 dekabr 2022 14:09
609

Media nümayəndələri arasında şahmat yarışı keçiriləcək

“Vugar Gashimov Memorial-2022” superturniri çərçivəsində dekabrın 21-də ​saat 15:00-da media nümayəndələri arasında şahmat yarışı keçiriləcək.

“İki sahil” xəbər verir ki, turnirin “Sponsor gününə” təsadüf edəcək yarış Vüqar Həşimov Şahmat Akademiyasında (Bakı Sağlamlıq Mərkəzinin yanı) təşkil olunacaq. Yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq. Hər iştirakçıya görüşün sonunadək 10 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün əlavə 3 saniyə vaxt veriləcək.

Yarışda ilk üç pilləni tutan media nümayəndələrinə, müvafiq olaraq 500, 400, 300 manat pul mükafatı, qalibə kubok, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim olunacaq.

Turnirdə iştirak etmək istəyənlər dekabrın 20-si saat 19:00-dək [email protected] e-mail ünvanına ad, soyad, təmsil etdikləri qurumu və əlaqə telefonlarını göndərə bilərlər.