20 dekabr 2022 11:10
613

A seriyasında yeni sistem tətbiq olunur

İtaliya Futbol Federasiyası  A Seriyasında 20-ci turdan etibarən yarımavtomatik ofsayd aşkarlama sistemi olan SAOT texnologiyasının tətbiq edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 27 yanvar 2023-cü il tarixindən etibarən sözügedən sistemin matçlarda işə salınacağı qeyd olunub.

Beləliklə, A Seriyası 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçirilən DÇ-2022 ilə eyni ofsayd sistemi tətbiq edən ilk liqa olacaq.