20 dekabr 2022 09:37
562

Con Tekstor "Lion"u aldı

Fransanın "Lion" klubunun yeni sahibi bəlli olub.

“İki sahil” xəbər verir ki, ABŞ-dan olan milyarder Con Tekstor Liqa 1 təmsilçisinin böyük hissəsini satın alıb.

Onun rəhbərlik etdiyi "Eagle Football Holdings" səhmlərin 77,49 faizinə sahib çıxıb.

"Lion"un prezidenti Jan-Mişel Ola səhmləri satmağa razılaşıb. Qərar sayəsində klubun kapitalı 86 milyon avro artacaq.

Qeyd edək ki, Braziliyada "Botafoqo", İngiltərə isə "Kristal Pelas" "Eagle Football Holdings"ın nəzarətindədir.