18 dekabr 2022 17:35
605

Messi finalda oynayacaqmı?

Argentina millisinin futbolçuları Lionel Messi və Anxel Di Mariya DÇ-2022-nin finalında Fransaya qarşı oyuna hazırdırlar.

“İki sahil” xəbər verir ki, bu barədə"Telefoot" məlumat yayıb. Bildirilib ki, Messi dünən məşq edib və finalda mübarizə apara biləcək. Əzələ zədəsindən əziyyət çəkən Di Mariya da həlledici görüşdə meydana çıxa bilər.

Qeyd edək ki, bu gün keçiriləcək Argentina - Fransa görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xatırladaq ki, bundan əvvəl Messinin ayağından ağrı səbəbindən məşqlərdən birini buraxdığı bildirilmişdi.