18 dekabr 2022 10:59
456

Modriç yığmadakı karyerasını başa vurmaq fikrində deyil

Xorvatiya millisinin futbolçusu Luka Modriç yığmadakı karyerasını başa vurmaq fikrində deyil.

“İki sahil” xəbər verir ki,  bu barədə 37 yaşlı yarımmüdafiəçi DÇ-2022-də 3-cü yer uğrunda keçirilən Mərakeşlə matçdan (2:1) sonra bildirib:

"Millətlər Liqasında Xorvatiya ilə oynamağa davam edəcəyəm. Bundan sonra nələr olacağını görəcəyik".