Bu gün DÇ-2022-də bürünc medal uğrunda Xorvatiya və Mərakeş yığmaları yarışıblar.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 7-ci dəqiqəsində Yosko Qvardiol hesabı açsa da 9-cu dəqiqədə Aşraf Dari Mərakeşin bərabərlik qolunu vurub.
Oyunun 42-ci dəqiqəsində fərqlənən Mislav Orsiç Xorvatiyanı yenidən hesabda önə çıxarıb – 2-1.
Oyun bu hesabla da başa çatıb.
DÇ-2022
Bürünc medal uğrunda oyun
19:00. Xorvatiya 2-1 Mərakeş
Qol: Yosko Qvardiol, 7 (1:0), Aşraf Dari, 9 (1:1), Mislav Orsiç, 42 (2:1)
Baş hakim: Əbdülrəhman Əl-Yassin (Qətər)
"Xəlifə" stadionu.
***
DÇ-2022-də bürünc medal uğrunda Xorvatiya və Mərakeş matçında ikinci hissə başladı.
“İki sahil” xəbər verir ki, qarşılaşma Xorvatiyanın 2-1-lik üstünlü ilə davam edir.
***
DÇ-2022-də bürünc medal uğrunda Xorvatiya və Mərakeş matçında birinci hissə başa çatıb.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 42-ci dəqiqəsində Mislav Orsiç Xorvatiyanı yenidən hesabda önə çıxarıb.
***
DÇ-2022-də bürünc medal uğrunda Xorvatiya və Mərakeş matçının hesab açılsa da iki dəqiqə sonra hesab bərabərləşib.
“İki sahil” xəbər verir ki, oyunun 7-ci dəqiqəsində Yosko Qvardiol hesabı açsa da 9-cu dəqiqədə mərakeşli Aşraf Dari bərabərlik qolunu vurub.
***
Bu gün DÇ-2022-də bürünc medal uğrunda Xorvatiya və Mərakeş yığmaları yarışırlar.
“İki sahil” xəbər verir ki, "Xəlifə" stadionu keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayıb.
DÇ-2022
Bürünc medal uğrunda oyun
19:00. Xorvatiya 2-1 Mərakeş
Qol: Yosko Qvardiol, 7 (1:0), Aşraf Dari, 9 (1:1), Mislav Orsiç, 42 (2:1)
Baş hakim: Əbdülrəhman Əl-Yassin (Qətər)
"Xəlifə" stadionu.