17 dekabr 2022 14:48
493

“Sabah”ın qış hazırlıq planı açıqlanıb

“Sabah”ın qış fasiləsində keçəcəyi hazırlıq planı bəlli olub.

Bakı klubunun mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, komanda təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Antalyanın Belek bölgəsində baş tutacaq təlim-məşq toplanışı 2023-cü il yanvarın 7-də başlayacaq. Premyer Liqa iştirakçısı hazırlıq dönəmində yanvarın 12-də Polşanın “Varta” (Poznan), 18-də isə Serbiyanın “Voyvodina” klubları ilə yoxlama görüşlərində qüvvəsini sınayacaq.

“Sabah” yanvarın 19-da Bakıya qayıdacaq.