Başa çatmaqda olan il ərzində Azərbaycan Cüdo Federasiyası tərəfindən 32 ölkədaxili yarış keçirilib. Bu turnirlərdə təxminən 8 min idmançı iştirak edib.
Bu sözləri federasiyanın baş katibi Rəşad Rəsullu deyib. O qeyd edib ki, yarışlarda təmsilçilik kifayət qədər yüksək olub: “Azərbaycanda ümumilikdə təxminən 16 min cüdoçu bu idman növünün sirlərinə yiyələnir. Onların təxminən yarısının bu yarışlarda iştirakı təmsilçiliyin kifayət qədər yüksək olduğunu göstərir”.
AZƏRTAC