17 dekabr 2022 12:40
513

Futzal: “transfer pəncərəsi” yanvarın 3-də açılacaq

Futzal üzrə Azərbaycan çempionatlarında qış “transfer pəncərəsi” 2023-cü il yanvarın 3-də açılacaq.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, Yüksək, Birinci və İkinci liqalarda iştirak edən klublar həmin gündən etibarən yeni oyunçularını təqdim edə biləcəklər.

Komandalar yeni transferlərini fevralın 2-dək qeydiyyatdan keçirə bilərlər.