17 dekabr 2022 00:10
448

Memfis Depay "Qalatasaray"a niyə keçmədi?

Niderland millisinin futbolçusu Memfis Depay Türkiyə "Qalatasaray"ına keçməkdən imtina edib.

“İki sahil” xəbər verir ki, İstanbul təmsilçisi hazırda İspaniya "Barselona"sında çıxış edən 28 yaşlı forvarda təklif göndərib. Lakin təcrübəli oyunçu Türkiyədə oynamaq istəmədiyi üçün təklifi qəbul etməyib.

Depay bu mövsüm Katalobiya klubunun heyətində 3 oyun keçirib və 1 qol vurub. La Liqa təmsilçisi hücumçuya 5 milyon avro təzminat qiyməti qoyub.