16 dekabr 2022 18:33
399

Kapitan milli karyerasını başa vurdu

İspaniya millisinin kapitanı Serxio Buskets yığmadakı karyerasını başa vurub.

“İki sahil” xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Serxio Buskets 2009-cu ildən İspaniya millisində çıxış edirdi. "Barselona"nın 34 yaşlı yarımmüdafiəçisi yığmada 143 rəsmi matçda 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, milli ilə 2010-cu ildə dünya çempionu, 2012-ci ildə isə Avropa çempionu olub.