Almaniyanın “Hamburq” klubunun xorvatiyalı futbolçu Mario Vuşkoviç ağır cəzaya məruz qalıb.
"İki sahil" Xorvatiya mətbuatəna istinadən xəbər verir ki, FİFA 21 yaşlı mərkəz müdafiəçisini 4 il müddətinə diskvalifikasiya edib. Buna səbəb futbolçunun dopinqdən istifadə etməsidir.
Xorvatiya U-21 millisinin üzvü qərarla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayt edəcəyini bildirib.
Qeyd edək ki, Mario Vuşkoviç "Hamburq"a bu 2021-ci ilin yayında "Hayduk"dan transfer olunub.