16 dekabr 2022 15:20
421

Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqləndi

FIFA prezidenti Canni İnfantino klublararası dünya çempionatının yeni formatla keçiriləcəyini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, 52 yaşlı funksioner bu barədə mətbuat konfransında açıqlama verib.

O bildirib ki, turnir 2025-ci ildə 32 komandanın iştirakı ilə dünya çempionatı formatında təşkil olunacaq.

Qeyd edək ki, klublararası dünya çempionatının son qalibi İngiltərənin "Çelsi" komandası olub.