16 dekabr 2022 15:24
422

İnfantino: Mundialda komanda sayı artırılacaq

Klublararası dünya çempionatında komanda sayı 2025-ci ildə artırılacaq.

“İki sahil” xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino açıqlayıb.

O bildirib ki, öncədən planlaşdırılan ideya gerçəkləşəcək: “Klublararası dünya çempionatının yeni versiyası olacaq. 2025-ci ildən burada 32 klub oynayacaq. Bu turnir yığmaların dünya çempionatına bənzəyəcək”.

Qeyd edək ki, UEFA və Avropa klublar Assosiasiyası bu turnirlə bağlı ideyanın ləğv edilməsini istəyir.