15 dekabr 2022 17:27
557

Cavid Qurbanov: Faiq Qarayevdən sonra davamçısı yetişmədi

“Yeni çempionatda mübarizə aparacaq klubların heyətində gənclər daha çoxdur. Ümumilikdə 32 komandamız var. Dəyişiklər vacibdir”.

 

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov deyib.

Yüksək Liqanın açılış mərasimində jurnalistlərin suallarını cavablandıran qurum rəhbəri bildirib ki, voleybolun inkişafı üçün dövlət dəstək verir. Lakin o, bu işə sahibkarlar və biznesmenlərin də qoşulmasını istəyib: “Hər kəsə səslənirəm ki, idmana kömək edin. Bir növ dəstəyə ehtiyac var. Bu, gənclərimizin həm də sağlam böyüməsidir”.

O, Avropa çempionatının final mərhələsində mübarizə aparacaq qadınlardan ibarət komandaya yeni baş məşqçi təyin olunacağını da deyib. Qurbanov Faiq Qarayevdən sonra onun davamçısının yetişmədiyini vurğulayıb.

ApaSport