15 dekabr 2022 16:29
366

"Neftçi" "Turan Tovuz"a qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, sonuncu oyununda "Neftçi" "Turan Tovuz"un qonağı olub.

Tovuz şəhər stadionundakı qarşılaşma "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə bitib.

Yeganə qolu 73-cü dəqiqədə penaltidən Emin Mahmudov vurub. Bu nəticədən sonra xallarının sayını 35-ə çatdıran paytaxt təmsilçisi üçüncü pillədə qərarlaşıb. Tovuz klubu 16 xalla 6-cı sıradadır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib, "Qarabağ" "Qəbələ"yə 1:0, "Sumqayıt" "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib, "Sabah" isə Gəncədə "Kəpəz"lə məhsuldar sülhə razılaşıb - 2:2.