15 dekabr 2022 15:45
590

Şuşa komandası voleybol çempionatına qələbə ilə start verdi

Kişi voleybolçular arasında Yüksək Liqada 2022/2023 mövsümünə start verilib.

“İki sahil” xəbər verir ki, I turun ilk oyununda “Xarı bülbül” və MOİK komandaları üz-üzə gəliblər.

Voleybol Mərkəzindəki qarşılaşma Şuşa təmsilçisinin 3:0 (25:20, 28:26, 25:16) hesablı qələbəsi ilə bitib.