FİFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində yer aldığı F qrupunu dəyərləndirib.
"İki sahil" "Laola1"ə istinadən xəbər verir ki, o, Belçika, İsveç, Avstriya, Azərbaycan və Estoniyanın yer aldığı qrup haqda bunları deyib: “Bu, çox balanslı bir qrup olacaq. Mən Avstriya üçün yaxşı imkanlar görürəm. Baş məşqçiləri Ralf Ranqnik də uzaqgörən insandır. O, Avstriya yığmasını Avropa çempionatına aparmaq yolunda ən doğru məşqçidir. Onun gənc və istedadlı oyunçulara diqqət yetirməsi Avstriyanın daha da rəqabətədavamlı olmasını təmin edəcək”.
Qeyd edək ki, Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.