15 dekabr 2022 08:25
388

MPL: “Turan Tovuz” “Neftçi”ni qəbul edəcək

Bu gün futbol üzrə Misli Premyer Liqasında XVII tura yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, turun son oyununda "Neftçi" "Turan Tovuz"un qonağı olacaq.

Hazırda "ağ-qaralar" 32 xalla 3-cü, bölgə klubu isə 16 xalla 6-cı pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatında cəmi 1 dəfə qarşılaşıblar. Cari mövsümün I dövrəsinə təsadüf edən qarşılaşmada hesab açılmayıb.

Misli Premyer Liqası

XVII tur

15 dekabr (cümə axşamı)

14:30. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib, "Qarabağ" "Qəbələ"yə 1:0, "Sumqayıt" "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib, "Sabah" isə Gəncədə "Kəpəz"lə məhsuldar sülhə razılaşıb - 2:2.