14 dekabr 2022 12:40
466

Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti dəfə Azərbaycana böyük etimad nümayiş etdirib.

Azərbaycan Şahmat Federasiyasından “İki sahil”ə verilən məlumata görə, FIDE şahmat dünyasının nüfuzlu yarışlarından biri sayılan Dünya Kubokunun təşkilatçılığını Azərbaycana həvalə edib.

Yarış 2023-cü il iyulun 29-dan avqustun 26-dək Bakıda təşkil olunacaq.

Qeyd edək ki, bu Azərbaycanın ev sahibliyi edəcəyi ikinci Dünya Kuboku yarışı olacaq. İlk dəfə Bakı 2015-ci ildə Dünya Kubokuna ev sahibliyi edib.