13 dekabr 2022 23:48
497

Messi Argentina millisinin dünya çempionatlarında ən sərrast futbolçusu olub

Lionel Messi Argentina millisinin dünya çempionatlarında ən sərrast futbolçusu olub.

“İki sahil” xəbər verir ki,  Qətərdəki mundialda Xorvatiyaya qarşı keçirdikləri yarımfinal oyununda fərqlənən 35 yaşlı futbolçu ümumilikdə 11-ci qolunu vurub.

Təcrübəli hücumçu bu göstərici ilə yığmanın sabiq üzvü Qabriel Batistutanı geridə qoyub.

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan Argentina - Xorvatiya matçında hesab cənubi amerikalıların xeyrinədir - 2:0. İkinci qolu Xulian Alvares rəqibin qapısından keçirib.