13 dekabr 2022 23:11
474

DÇ-2022: Argentina - Xorvatiya oyunu başlayıb

Qətərdə keçirilən dünya çempionatında Argentina və Xorvatiya yığmaları arasında keçirilən yarımfinal oyunu başlayıb.

“İki sahil” xəbər verir ki,  "Lusail" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qeyd edək ki, yarımfinalın digər matçında Fransa yığması Mərakeşi qəbul edəcək. Həmin görüş dekabrın 14-də olacaq.