13 dekabr 2022 14:29
419

Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş istefaya göndəriləcək.

“İki sahil” "A Bola" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyası (FPF) 68 yaşlı mütəxəssisin müqaviləsini vaxtından əvvəl ləğv edəcək.

FPF prezidenti Fernandu Qomeş artıq bu posta yeni namizəd axtarır.

Qeyd edək ki, Fernandu Santuşun sözləşməsi 2024-cü ildə başa çatmalı idi. 2014-cü ildən yığmanın sükanı arxasında olan mütəxəssis 2016-cı ildə komanda ilə Avropa çempionu tituluna sahib çıxıb.