12 dekabr 2022 17:50
407

Deşamla yeni müqavilə imzalanacaq

Fransa millisinin baş məşqçisi Didye Deşam 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının sonuna qədər vəzifəsində qalacaq.

"İki sahil" “Le Parisien”ə istinadən xəbər verir ki, Fransa Futbol Federasiyası onunla yeni müqavilə ilə bağlı razılığa gəlib. Yeni sözləşmə 2 illik nəzərdə tutulub.

Xəbərdə qeyd olunub ki, Deşamla DÇ-2022-dən sonra müqavilə uzadılacaq. Milli komandanın DÇ-2022-dəki nəticəsinin yeni müqaviləyə təsiri olmayacağı bildirilib.

 

Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa yığmasını çalışdırır. Komanda Deşamla 2018-ci ildə dünya çempionu, 2020-21 mövsümündə isə UEFA Millətlər Liqasının qalibi olub.