Xorvatiya millisinin kapitanı Luka Modriç DÇ-2022-nin yarımfinalında Argentinaya qarşı matç barədə fikirlərini bildirib.
"İki sahil" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, rəqibin lideri Lionel Messini saxlamağın çətin olacaqğını deyib: "Lionel Messi çox böyük fiqurdur. O, rəqibin ən yaxşı oyunçusudur. Messini dayandırmaq bizim üçün çox çətin olacaq. Lakin biz hazırıq və əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, sabah keçiriləcək Argentina - Xorvatiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.