12 dekabr 2022 14:33
376

Pepe: Ronaldo Portuqaliya bayrağıdır

Portuqaliya millisinin üzvü Pepe komanda yoldaşı Kriştiano Ronaldo haqda danışıb.

"İki sahil" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi 37 yaşlı hücumçunu tərifləyib:  “Ronaldo bizim Portuqaliya bayrağımızdır. Onun nailiyyətləri bütün dünyaya yayılır. Ronaldonun Portuqaliyaya böyük töhfəsi var. Buna görə də biz ona minnətdar olmalıyıq”.

Qeyd edək ki, Portuqaliya millisi 2 gün əvvəl DÇ-2022-nin 1/4 finalında Mərakeşə uduzub və mübarizəni dayandırıb. Bu mundial Ronaldonun karyerasındakı 5-ci DÇ olub. O, hər bir mundialda qol vurmağı bacarıb.O, turnirdə 22 matçda səkkiz qola imza atıb. Lakin bunların hamısı qrup mərhələsinin görüşlərində baş verib. Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür.