Səmimi olsaq, Fransa vətəndaşı olsam da, bu oyunda tarixi vətənim Mərakeşə azarkeşlik edəcəyəm. Onsuz da qrup mərhələsindən etibarən onları dəstəkləyirəm".
“İki sahil” xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Abdullah Zubir Mərakeş millisinin Qətərdə keçirilən dünya çempionatında yarımfinala yüksəlməsi barədə danışarkən deyib.
Mərakeş əsilli fransalı yarımmüdafiəçi tarixi vətənini təmsil edən yığmanın Fransa ilə yarımfinal görüşündə də qalib gəlməsini istədiyini bildirib: "Amma uduzsalar belə, üzülməyəcəyəm. Bundan sonra da Fransanın irəliləməsi məni sevindirəcək, onlara azarkeşlik edəcəyəm".
Təcrübəli futbolçu Belçika, İspaniya və Portuqaliyanı məğlub edən Mərakeş millisinin Fransaya da eyni aqibəti yaşada biləcəyinə inamını vurğulayıb: "Bunu əvvəlki oyunlarda da göstəriblər. Niyə də olmasın?! Mənim proqnozum Mərakeşin 1:0 hesablı qələbəsidir. Finala çıxacaqlarına çox inanıram".
Qeyd edək ki, Fransa - Mərakeş oyunu dekabrın 14-də keçiriləcək.