11 dekabr 2022 00:28
427

DÇ-2022: Fransa millisinin kapitanı iki tarixi rekordu yeniləyib

İngiltərənin "Tottenhem" klubunun qapıçısı Uqo Lyoris Fransa millisinin tarixinə düşüb.

"İki sahil" xəbər verir ki, Qətərdəki dünya çempionatında İngiltərəyə qarşı 1/4 final matçında meydana çıxan 36 yaşlı qolkiper yığmanın heyətində ən çox görüş keçirən oyunçu olub.

143-cü dəfə millinin formasını geyinən kapitan Lilian Türama məxsus rekordu (142) yeniləyib.

O, həmçinin mundiallarda ən çox oyun keçirmiş Tyerri Anri ilə Fabyen Bartezi (17) də geridə qoyub - 18.